Bakıda bu yolda hərəkət məhdudlaşdırılacaq

Xəbərlər

11.08.2023 - 14:15

cedabet dərman SEO Xidməti

Yerüstü piyada keçidində təmir-bərpa işləri aparılacaq 

Xocəsən-Lökbatan avtomobil yolunun ikinci kilometrində sabah axşam saat 22:00-dan 13 avqust saat 06:00-a qədər avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Buna səbəb yolun sözügedən hissəsində yerləşən yerüstü piyada keçidində aparılacaq təmir-bərpa işləridir.

Agentlik sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ olaraq Bakı dairəvi avtomobil yolundan və digər yollardan istifadə etmələrini tövsiyə edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş