Bakıda bu küçədə sürət həddi endirilib

Xəbərlər

25.07.2023 - 17:25

cedabet dərman SEO Xidməti

Çəmənzəminli küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib

Bakının Yusif Vəzir Çəmənzəminli küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib. AYNA xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Qurum hərəkət təhlükəsizliyini qorumaq üçün sürücülərdən sürət hədlərinə riayət etmələrini xahiş edir.

Xatırladaq ki, beş gün öncə paytaxtın Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrində də sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş