Bakıda birinci sinfə qəbulla bağlı 44 min yaxın elektron müraciət edilib

Xəbərlər

22.07.2022 - 16:31

cedabet dərman SEO Xidməti

Paytaxt məktəblərinin birinci sinfinə 43 min 931 uşaq üçün elektron sistem vasitəsilə müraciət daxil olub

İyulun 22-nə (saat 12:30) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 43 min 931 uşaq üçün elektron sistem vasitəsilə müraciət edilib. Bu barədə AYNA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. 

Bildirilib ki, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən 7004 elektron müraciət daxil olub. Müraciətlərdən 1349-u məktəblərdə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzləri, 1358-i onlayn Alternativ qeydiyyat mərkəzləri (vatsap müraciətləri), 4297-si sistemin “Əlaqə” bölməsi vasitəsilə cavablandırılıb.

Qeyd edək ki, birinci sinfə elektron qeydiyyat sisteminin tətbiqi təhsil sahəsində göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş