Bakıda avtomobildən 30 min manat oğurlanıb

Xəbərlər

10.09.2022 - 12:20

Həkimlər Klinikalar SEO Xidməti

Xəyal Mustafayev müəyyən olunaraq saxlanılıb

Bakıda avtomobildən 30 min manat oğurlanıb. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə rayon ərazisində “Volkswagen” markalı bir avtomobildən 30.000 manat pulun oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Xəyal Mustafayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş