Mopedin sürücüsü hadisə yerində ölüb
Bakıda avtomobil mopedlə toqquşub. AYNA xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Mirmövsüm Eynalovun idarə etdiyi “Peugeut Pariner” markalı avtomobil rayonun Sabunçu qəsəbəsində Elvin Allahverdiyevin idarə etdiyi mopedlə toqquşub.
Nəticədə E.Allahverdiyev aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.