Bakıda anbarda baş verən yanğınla bağlı qərargah yaradılıb.
AYNA.AZ xəbər verir ki, bu barədə “Report”un hadisə yerində olan əməkdaşı xəbər verir.
Yanğın baş verən əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin 5 əsas, 2 xüsusi yanğınsöndürən texnikası cəlb olunub.
Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.