Bakıda 32 ədəd fontan başlığı oğurlanıb

Xəbərlər

09.02.2022 - 18:06

Həkimlər Klinikalar SEO Xidməti

Parklardan oğurluq edən şəxs saxlanılıb

Səbail rayonunda parklardan birindən ümumi dəyəri 2560 manat olan 32 ədəd fontan başlığı oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, həmin hadisəni törətməkdə şübhəli bilinən şəxs - əvvəllər məhkum edilmiş Balakən rayon sakini Rəşad Qurbanov rayon polis idarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı saxlanılıb. 

O, ifadəsində törətdiyi oğurluq hadisəsini etiraf edib. Bölmədə əlavə araşdırma aparılan zaman Rəşad Qurbanovun paytaxtın müxtəlif rayonlarında yerləşən parklarından da elektrik avadanlığı oğurladığı müəyyən edilib.

Faktlarla bağlı saxlanılan şəxs barəsində 9-cu Polis Bölməsində toplanan materiallar Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Rəşad Qurbanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi üzrə polis orqanlarına, 102 Xidməti-Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş