Bakıda 30 yaşlı kişinin öldürülməsi ilə bağlı cinayət işi açılıb

Xəbərlər

14.02.2022 - 13:28

Həkimlər Klinikalar SEO Xidməti

Bir nəfər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib

Bakıda 30 yaşlı şəxsin öldürülməsi ilə bağlı cinayət işi açılıb. AYNA xəbər verir ki, bu barədə Binəqədi Rayon Prokurorluğu məlumat yayıb. 

Məlumatda qeyd olunub ki, fevralın 13-ü saat 2 radələrində Binəqədi rayonu ərazisində 1992-ci il təvəllüdlü Eynulla İbadovun almış olduğu xəsarətlər nəticəsində xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, 1999-cu il təvəllüdlü Yəhya Quliyev aralarında baş vermiş mübahisə zamanı 1998-ci il təvəllüdlü Zamiq Həşimli və 1992-ci il təvəllüdlü Eynulla İbadovu taxta parçası ilə döyərək onlara xəsarətlər yetirib, nəticədə Eynulla İbadov almış olduğu xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Yəhya Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş