Atası qızını axtarır
Bakıda 24 yaşlı qız itkin düşüb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Məlumata görə, bu barədə Xəzər rayonu Binə qəsəbəsində yaşayan Misir Həsənov Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək deyib ki, 24 dekabr 2022-ci ildə onunla birlikdə yaşayan qızı 1998-ci il təvəllüdlü Zeynurə evdən çıxıb və bir daha geri qayıtmayaraq itkin düşüb.
Zeynurə Misir qızının əlamətləri: boyu 1.55 santimetr, gözlərinin və saçlarının rəngi qaradır. Evdən çıxan zaman əynində göy rəngli cins şalvar və boz rəngli köynək olub.
Zeynurə Misir qızı haqqında məlumatı olanlardan
055-215-21-20, 051-841-41-41, 055-252-00-71 və 012-590-72-03 nömrələrinə zəng edərək məlumat vermələri xahiş edilir.