Təmir işləri 30 min kvadratmetrdən çox sahəni əhatə edib
Bayram tətili günlərində paytaxtda nəqliyyat intensivliyinin azalmasından istifadə edərək, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bir neçə küçə və prospektdə təmir işləri aparılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya bildirilib ki, təmir işləri zamanı deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənib.
Daha sonra üfüqi nişanlama xətlərinin çəkilişi işləri görülüb.
Təmir işləri 13 küçə və prospektin 30 min kvadratmetrdən çox sahəsində aparılıb.