Bakı və Abşeronda gözlənilən hava şəraiti açıqlanıb

Cəmiyyət

04.01.2022 - 17:58

Həkimlər Klinikalar SEO Xidməti

Havanın əsasən yağmursuz keçəcəyi gözlənilir

Yanvarın 6-7-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın yanvarın 6-da dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-11° isti olacaq.

Yanvarın 7-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 9-11° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş