Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi keçirilib 

İqtisadiyyat

01.06.2022 - 12:23

cedabet dərman SEO Xidməti

Prezident İlham Əliyev rəsmi açılış mərasimində iştirak edib - Baydenin məktubu oxunub 

Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirilib.

AYNA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

“Biz Birləşmiş Ştatlarla Azərbaycan arasında diplomatik münasibətlərin 30 ili ərzində transmilli təhdidlərlə mübarizə, enerji təhlükəsizliyinin təmin olunması, habelə ikitərəfli ticarət və sərmayələrin təşviqi üzrə güclü tərəfdaşa çevrilmişik. Beynəlxalq Xəzər Neft və Qaz sərgisini keçirdiyiniz bir vaxtda Sizi əmin etmək istəyirəm ki, Birləşmiş Ştatlar Azərbaycanın sadiq tərəfdaşı olaraq qalır”. Bu, ABŞ Prezidenti Cozef Baydenin 27-ci Bakı Enerji Forumunun rəsmi açılışında oxunan məktubunda əksini tapıb.

“Biz dünyanın hər yerində enerji təhlükəsizliyimizi təmin etmək və eyni zamanda, təmiz enerjiyə keçid üçün uzunmüddətli öhdəliklərimizi yerinə yetirmək məqsədilə zəruri sərmayələr qoymaq və dəyişikliklər etmək şəraitindəyik. Enerji təhlükəsizliyi məqsədlərimizə nail olmaq üçün şaxələndirmə həmişəkindən daha vacibdir və Azərbaycan bu məqsədə nail olmaq üçün göstərilən regional səylərdə mühüm rol oynayıb. Azərbaycan, həmçinin regionda və dünyada bazarların sabitləşdirilməsinə kömək etmək üçün Trans-Xəzər əməkdaşlığının böyük potensialının gerçəkləşdirilməsi baxımından önəmlidir. Azərbaycan Cənub Qaz Dəhlizi və Ukraynaya vacib yanacaq təchizatı da daxil olmaqla Avropa enerji təhlükəsizliyinin təmin olunmasında çox vacib rol oynayır. Şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpa olunan enerji mənbələrinə sərmayələr vasitəsilə iqlim dəyişikliyi ilə qlobal mübarizəyə töhfə, qanunun aliliyi və hesabatlılığın gücləndirilməsi, habelə Azərbaycan xalqının həyat şəraitinin yaxşılaşdırılması da daxil olmaqla Azərbaycanın tam potensialına nail olmaq üçün atdığınız davamlı addımları alqışlayıram. Birləşmiş Ştatlar davamlı tərəfdaşlığımıza və əməkdaşlığımıza sadiqdir”, - məktubda qeyd olunub.

Mərasimdə dövlət başçısı İlham Əliyev çıxış edib: "Biz yeni çağırışları və tələbləri nəzərə alaraq digər potensial qaz istehlakçıları ilə müzakirələr aparırıq. Mən aktiv əməkdaşlığa görə Cənub Qaz Dəhlizi layihəsinin iştirakçı ölkələri olan Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya hökumətlərinə minnətdarlığımı bildirmək istərdim. Yeni çağırışların və yeni tələblərin olduğunu nəzərə alaraq əlbəttə, biz artıq digər potensial istehlakçılarla müzakirələr aparırıq. Amma bunun üçün əlbəttə ki, sadəcə bizim səylərimiz kifayət etməyəcək. Avropada infrastruktura, yeni interkonnekterlərin tikilməsinə investisiya yatırılmalıdır və əlbəttə, şərtlərlə bağlı razılaşma olmalıdır".

Dövlət başçısı qeyd edib ki, prosesin sürətləndirilməsi üçün mümkün hər şey ediləcək və bu artıq başlayıb.

Prezident İlham Əliyev Azərbaycanın böyük enerji layihələrinə verdiyi dəstəyə görə ABŞ və Böyük Britaniya hökumətlərinə də təşəkkürünü bildirib: “Mən həmçinin, bizim enerji siyasətimiz və performansımıza hər zaman böyük dəstək göstərmiş ABŞ və Böyük Britaniya hökumətlərinə təşəkkür etmək istərdim. Onların böyük dəstəkləri ilə biz bu nəticələrə nail olmuşuq”.

Azərbaycanı Prezident Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsində beynəlxalq maliyyə təşkilatlarının da önəmli rol oynadığını vurğulayıb.

“Biz TANAP-ın genişləndirilməsi ilə bağlı düşünə bilərik. Çünki artıq dediyim kimi, Azərbaycan qazına tələb artır. Potensial buradadır. Siyasi iradə buradadır. Ona görə də biz vaxt itirməməliyik”, - Prezident İlham Əliyev əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş