Bağlı qalmış 8 cinayətin üstü açılıb

Xəbərlər

24.01.2022 - 11:22

Həkimlər Klinikalar SEO Xidməti

Bu barədə Baş prokuror məlumat verib

Ötən il əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması məqsədilə Baş Prokurorluğun İstintaq idarəsində prokurorluq, daxili işlər orqanları və dövlət təhlükəsizliyi xidmətinin əməkdaşlarından ibarət xüsusi istintaq qrupu yaradılıb. Birgə fəaliyyət nəticəsində 2000-2021-ci illərdə qeydə alınan və bağlı qalmış 8 cinayətin üstü açılıb.

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev prokurorluq orqanları tərəfindən 2021-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə dair yanvarın 24-də Baş Prokurorluqda keçirilmiş geniş kollegiya iclasında məlumat verib. Baş prokuror bildirib ki, bu istiqamətdə fəaliyyət davam etdirilir.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş