Prokurorluqda araşdırma aparılır
Dekabrın 19-u saat 13 radələrində Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində “AzBadam” şirkətinə məxsus badam bağlarında traktorla qazıntı işləri aparılarkən 1 metr dərinlikdə sellofan torbaya bükülmüş vəziyyətdə şəxsiyyəti müəyyən edilməyən qadın cinsli çürümüş meyitin qalıqları aşkar edilib. Bu barədə AYNA-ya Baş Prokurorluqdan məlumat verilib.
Qeyd edilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, müvafiq qaydada nümunələr götürülərək ekspertizaya təqdim edilmişdir.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.