Mükafatlandırma mərasimində Siracın atası və anası da iştirak edib
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin operatorları mükafatlandırılıb. AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya verilən məlumatına görə, şəhid operator Sirac Abışovun xatirəsini əbədiləşdirmək üçün AzTV Sirac Abışov adına mükafat təsis edib.
Fərqlənmiş AzTV operatorları Sirac Abışovun doğum günü ərəfəsində təsis edilən diplomlar ilə mükafatlandırılıb. Hər il fəaliyyətində seçilən operatorlar Sirac Abışov adına diplomla təltif olunacaq.
İlk mükafat şəhid Sirac Abışovun qardaşı Səmədov Şirzad işə məsuliyyətinə və yaradıcı fəaliyyətinə görə təltif olunub.
Mükafatlandırma mərasimində Siracın atası və anası da iştirak edib.
Mükafatla digər təltif olunan operatorlar isə Rzayev Aqşin, İmamquliyev Sehrac, Şirinov Samir və Musayev Elbrus olub.




