AzTV-nin qocaman əməkdaşı vəfat edib

Xəbərlər

09.02.2022 - 16:43

Həkimlər Klinikalar SEO Xidməti

Habil Ələkbərov 69 yaşında dünyasını dəyişib

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin qocaman əməkdaşlarından biri - Ələkbərov Habil Əlibala oğlu bu gün vəfat edib. AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya verilən məlumatına görə, Beynəlxalq Radionun proqram direktorunun müavini 69 yaşında dünyasını dəyişib.

H.Ələkbərov 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

1989-cu ildən Respublika Radiosunda çalışıb. Radionun təbliği baş redaksiyasının kommentatoru (şərhçisi) vəzifəsinə işə qəbul edilib.

İctimai-siyasi proqramlar redaksiyasında uzun müddət işləyib və bu sahədə böyük xidmətləri olub.

2009-ci ildən Beynəlxalq Radioda işə başlayıb və proqram direktorunun müavini vəzifəsini sonadək icra edib.

Cənubi Azərbaycandan hazırlanan verilişlərə rəhbərlik edib və müəllifi olduğu “Vətən” verilişinin həm də aparıcısı olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş