Prezident: “İlk 100 nəfər artıq Ukrayna hərbçilərinin nəzarətində olan əraziyə aparılıb”
Mariupoldakı “Azovstal”dan mülki əhalinin təxliyəsinə başlanılıb. AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“İlk 100 nəfər artıq Ukrayna hərbçilərinin nəzarətində olan əraziyə aparılıb. “Azovstal”dan təxliyə edilənlər Zaporojyeyə göndəriləcəklər”, - deyə Zelenski vurğulayıb.
Prezident həmçinin BMT əməkdaşları ilə birlikdə zavodun ərazisindən mülki şəxslərin xilas edilməsi işlərində iştirak edən Ukrayna komandasına təşəkkür edib.