Azov dənizində Türkiyənin yük gəmisi yanır

Dünya

10.05.2022 - 17:41

Göyərtəsində azərbaycanlılar da var

Azov dənizindəki Temryuk limanının sularında quru yük gəmisində yanğın baş verib. AYNA bildirir ki, bu barədə “İnterfaks”a liman xidmətlərindəki mənbə bildirib.

Zərərçəkənlərin olub-olmaması barədə məlumat verilmir.

Türkiyəyə məxsus “Aqua” karqo gəmisində Hindistan, Azərbaycan və Türkiyədən olan 13 nəfər var.

İlkin məlumatlara görə, təyyarədə taxıl bitkiləri yükü olub. Yük gəmisi Vanuatu bayrağı altında üzüb.

Müəllif: Ayna.az