“Azəriqaz”dan XƏBƏRDARLIQ

Xəbərlər

06.09.2023 - 11:18

cedabet dərman SEO Xidməti

Bir neçə rayonun qaz təchizatında fasilə yaranacaq

Bu gün saat 10:00-dan Abşeron rayonu, Hökməli qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi və siyirtmələrin əvəzlənməsi, “Qaz İxrac” İdarəsi tərəfindən saat 09:00-dan "Zabrat-Buzovna-Türkan" magistral qaz kəmərində görüləcək təmir işləri və saat 10:00-dan “Əskipara-Qazax qolu” magistral qaz kəməri üzərində qaz tənzimləyici qurğunun quraşdırılması, siyirtmələrin dəyişdirilməsi ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

SOCAR “Azəriqaz” İstehsalat Birliyindən AYNA-ya verilən məlumata görə, təmir-quraşdırma işləri aparılan müddətdə Abşeron rayonunun Hökməli qəsəbəsinin (tam olaraq), Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrinin (bir hissəsinin) və Qazax rayonunun (bir hissəsinin) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş