"Amerikanın Səsi"nin müxbirləri Ukraynada qəlpə yarası alıblar
Dünən "Amerikanın Səsi"nin Azərbaycan xidmətinə reportaj hazırlayan iki jurnalist - İdrak Camalbəyli və Seymur Şıxəliyev Mikolayev şəhəri yaxınlığında yerləşən Mirnaya kəndində minaya düşüblər. AYNA xəbər verir ki, jurnalistlər səngərlərdə reportaj hazırlayarkən rus əsgərlərinin yerləşdirdiyi “sürpriz mina” tələsinə tuş gəliblər.
Camalbəyli bir ayağından qəlpə yarası alıb, Şıxəliyevin bir qoluna qəlpə dəyib. Hər ikisinin vəziyyəti yaxşıdır, həyati təhlükələri yoxdur.