Azərbaycanlı güləşçi dünya çempionu olub

İdman

05.09.2022 - 04:41

Həkimlər Klinikalar SEO Xidməti

Seriyanın sonuncu mərhələsində Azərbaycan millisinin üzvü fəxri kürsüyə qalxıb

Rumıniyanın Konstansa şəhərində Çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsinə yekun vurulub.

AYNA xəbər verir ki, seriyanın sonuncu mərhələsində Azərbaycan millisinin üzvü fəxri kürsüyə qalxıb.

İbrahim Yusubov (90 kq) qızıl, Ramiz Həsənovla (70 kq) Fərid Cabbarov (90 kq) isə gümüş medal qazanıb.

Dünya Seriyasının 5 mərhələsinin yekununda toplanan xallara əsasən, böyüklər arasında çimərlik güləşi üzrə dünya çempionatının medalçıları müəyyənləşib. İbrahim Yusubov 90 kq-da ən çox xal toplayan güləşçi kimi dünya çempionu ünvanına sahib çıxıb.

Ramiz Həsənov (70 kq) və Omid Kamaliaqdam (80 kq) isə öz çəkilərində gümüş medal qazanıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş