Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar

Xəbərlər

23.11.2024 - 11:21

Həkimlər Klinikalar SEO Xidməti

Mixail Zabelin və Elçin Mirzəbəyli Moskvaya səfər edəcəklər

Milli Məclisin deputatları “MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların fraksiyaları və bloklarının qarşılıqlı təsirinin rolu” mövzusunda beynəlxalq konfransda iştirak edəcəklər.

Bu barədə AYNA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edilib ki, konfransda iştirak məqsədilə deputatlar Mixail Zabelin və Elçin Mirzəbəyli noyabrın 25-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edəcəklər.

Səfər noyabrın 28-də başa çatacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş