Qanunu Prezident İlham Əliyev imzalayıb
“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Saziş təsdiqlənib.
AYNA xəbər verir ki, bu barədə qanunu Prezident İlham Əliyev imzalayıb.
Qeyd edək ki, sənəd 2021-ci il oktyabrın 11-də Belqrad şəhərində imzalanıb.