Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb

Siyasət

06.05.2024 - 20:21

İki dövlətin ekspert qruplarının işi davam edir

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il mayın 6-dək 40 sərhəd dirəyi quraşdırılıb.

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Xidməti məlumat yayıb.

İki dövlətin ekspert qruplarının işi davam edir.

Müəllif: Ayna.az