Azərbaycanın ən böyük kəndi sükuta qərq olub – <font color=red> FOTOLAR</font>

Cəmiyyət

07.04.2020 - 10:50

Həkimlər Klinikalar SEO Xidməti

İyirmi min nəfərə yaxın əhalisi olan yaşayış məntəqəsində küçələr bom-boş qalıb

 

Koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün dövlət tərəfindən bir sıra təcrid tədbirləri həyata keçirilir. Bu tədbirlər çərçivəsində insanların və avtomobillərin hərəkəti məhdudlaşdırılıb, restoranlar, ticarət mərkəzləri və digər ictimai iaşə obyektlərinin fəaliyyətinə qadağalar qoyulub. Bunun nəticəsində də böyük yaşayış yerlərinin, ərazilərin bom-boş qalması diqqət çəkir. 

 

Belə yaşayış yerlərindən biri də Azərbaycanın ən böyük kənd-qəsəbəsi olan Ləkidir. Əsrlərlə tarixi olan və insanların sıx məskunlaşdığı Ağdaş rayonunun Ləki qəsəbəsi müəssisələr və insanların çoxluğuna görə diqqət çəkib.

 

Hazırda, təxminən 20 min nəfərə yaxın əhalisi olan bu yaşayış məntəqəsində ilk dəfədir ki, küçələr bom-boş qalıb. Əsasən də insanların daha sıx məskunlaşdığı “Ləki dördyolu”, Ləki qəsəbəsi və Yuxarı Ləki kəndinin mərkəzi küçələri sükuta qərq olub.

Müəllif: Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş