Azərbaycanın Baş Qərargah rəisi Türkiyəyə gedib

Xəbərlər

11.09.2023 - 12:45

cedabet dərman SEO Xidməti

Hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunacaq

Sentyabrın 11-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Türkiyə Respublikasına rəsmi səfəri başlayıb.

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakın dəvətilə qardaş ölkəyə səfəri çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Türkiyənin hərbi rəhbərliyi ilə bir sıra görüşləri keçiriləcək.

Səfər çərçivəsində hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Azərbaycanın Baş Qərargah rəisi Türkiyəyə gedib
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş