Qanuna dəyişiklik qəbul olunub
Azərbaycanda yeni medal təsis edilib. AYNA xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik olub.
Dəyişikliklə, “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923−2023)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilib.
Məsələ üçüncü oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.