Azərbaycanda tikinti materialları bahalaşır – Yenə şimal “küləyi”

İqtisadiyyat

14.03.2022 - 23:48

Ekspert: “Böhranın nə vaxt aradan qalxacağını proqnozlaşdırmaq mümkün deyil”

Rusiyanın Ukraynaya hərbi təcavüzü təkcə bu iki ölkəyə təsir etməyib. Onların sıx ticarət əlaqələri qurduqları dövlətlərə bu və ya digər dərəcədə təsirsi ötüşməyib. Bu, ilk növbədə MDB ölkələrinə, xüsusən də Azərbaycana aiddir. Bəzi daxili seqmentlərə, məsələn, tikinti sahəsinə bu münaqişə artıq təsir göstərməyə başlayır.

Belə ki, ölkədə taxta-şalban bahalaşmağa başlayıb. Taxta satışı üzrə ixtisaslaşan satıcıların dedidlərinə görə, indi respublikaya əsasən hadisələrdən əvvəl yüklənən material daxil olur və onun da çox az hissəsi qalıb. Deyirlər, hər şey boş vaqonların olmamasına əsaslanır, çünki Rusiya Ukrayna sərhədinə texnika daşımaq üçün qatarlardan istifadə edir. Satıcılar müharibə başa çatdıqdan sonra çatdırılmaların bərpasını gözləyirlər.

Azərbaycan Rieltorlar Assosiasiyasının (ARA) icraçı direktoru Elnur Azadov AYNA-ya şərhində deyib ki, ölkədə mal qıtlığı səbəbindən qiymətlər bahalaşır: “Bu da xüsusilə tikintidə işlənən taxta-şalban məmulatların aiddir. Azərbaycana taxta-şalban əsasən Rusiyadan gəlir. Son həftələr həqiqətən də Rusiyadan Azərbaycana tikinti materiallarının tədarükü ilə bağlı problemlər başlayıb. Bu, əsasən logistika ilə bağlı çətinliklərlə bağlıdır - Rusiyada cənub istiqamətində vaqon çatışmazlığı var. Bu, yəqin ki, müəyyən strateji proseslərin getməsi ilə əlaqəlidir”.

“Amma son iki həftə ərzində Rusiya valyutasının qeyri-sabitliyi problemi də ortaya çıxıb - rubl hər gün ucuzlaşır. İstehsalçılar, o cümlədən tikinti materialları, o cümlədən ağac satan ticarət şirkətləri Rusiya valyutasının dəyərdən düşməsi səbəbindən, hətta daxili Rusiya bazarında satışı azaldır və ya dayandırır. Onlar sabitliyi gözləyirlər və ya qiyməti xarici valyutaya bağlamağa çalışırlar. Bu baxımdan daxili tikinti materialları bazarında problemlər var”, - deyə ekspert bildirib.

Qeyd edib ki, Rusiyada son bir ay ərzində əhali sonradan bunu edə bilməyəcəyindən qorxaraq pul çıxarmaq üçün banklara tələsib: “İnsanlar əllərinə keçən pulu lazımi bir şeyə - avadanlıqlara, maşınlara, eyni tikinti materiallarına xərcləməyə çalışırlar”.

Sadalananları ümumiləşdirən müsahibimizin sözlərinə görə, bir çox dövlətlərin Rusiyaya qarşı tətbiq etdiyi və tətbiq etməkdə davam etdiyi sanksiyalar, müharibənin davam etməsi və rublun ucuzlaşması Rusiyada qeyri-sabitliyə gətirib çıxarır: “Rusiyada bazarın sabitləşməsi lazımdır, lakin indi bunun nə vaxt baş verəcəyini proqnozlaşdırmaq mümkün deyil. Müharibə bitdikdən sonra rublun düşməsi dayana bilər, sonra qiymətlər sabitləşəcək və tikinti materialları yenidən eyni həcmdə satışa çıxacaq”.

“Əgər rublun məzənnəsi sabitləşdikdən sonra Azərbaycan bazarına 100% Rusiya bazarında istehsal olunan mallar, məsələn, taxta-şalban daxil olarsa, proqnozlara görə, onların qiyməti 15-20% ucuzlaşacaq. O ki qaldı Rusiyanın qismən xaricdən idxal etdiyi xammalla hazırlanan digər materiallara - bəzi boyalar və laklar, bəzi divar kağızları, bəzi yapışqanlar və sair - onda onların qiyməti qalxacaq”, - deyə Azadov vurğulayıb.

Müəllif: Elya Belskaya