Neftin qiymətində bahalaşma müşahidə olunub
Dünya bazarında xam neftin qiymətləri artmaqdadır.
“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 22:31-ə olan məlumata görə, Londonun "ICE Futures" birjasında “Brent markalı neftin iyul fyuçerslərinin bir barelinin qiyməti 5% artaraq 31,14 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin iyun fyuçerslərinin bir barelinin qiyməti 5% artaraq 26,07 ABŞ dolları olub.
Qeyd edək ki, "Brent" markalı neftin qiyməti sonuncu dəfə aprelin 15-də 30 dolları keçmişdi.