Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı 5 mini ötüb

Cəmiyyət

01.02.2022 - 20:06

Həkimlər Klinikalar SEO Xidməti

Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 5 223 yeni yoluxma faktı qeydə alınıb, 2 319 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 663 693 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 627 342 nəfər müalicə olunaraq sağalıb, 8 755 nəfər vəfat edib, aktiv xəstə sayı 27 596 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 945, ötən müddət ərzində isə ümumilikdə 6 172 333 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş