Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə peyvənd vurulmayıb. Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 848 567, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 371 683, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 861 143, üç və daha çox doza vaksin vurduranların sayı 3 357 691, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 258 050 təşkil edir.