Azərbaycanda son sutkada COVID-19-dan vəfat edən olmayıb: 43 yeni yoluxma

Aktual

26.01.2023 - 16:50

Son sutkada 45 nəfər koronavirus xəstəsi müalicə olunaraq sağalıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 43 yeni yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 827 823 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 504 nəfər müalicə olunaraq sağalıb, 10 077 nəfər vəfat edib, aktiv xəstə sayı 242 nəfərdir.

Ölkədə son sutka ərzində 2 183, hazırkı dövrədək isə 7 479 912 test aparılıb.

Müəllif: Ayna.az