Hər marka siqaretin qutusunun qiymətində 20 qəpik bahalaşma var
Azərbaycanda siqaretin qiyməti yenidən bahalaşıb. AYNA xəbər verir ki, dünən günortadan sonra mağazalarda və köşklərdə “Sobranie”, “Kent”, “Winston” kimi bahalı siqaret markaları tapılmaz olub.
Satıcıların saytımıza bildirdiyinə görə, köşkləri tütün məhsulu ilə təmin edən firmalar 3 gündür ki, mal gətirmirlər.
Dünən axşam saatlarında isə bir çox köşklərdə və mağazalarda həmin markalar var idi – amma yeni qiymətlə. Məlum oldu ki, hər markada qiymət bir qutu üçün 20 qəpik bahalaşıb. Məsələn, 3.60 qəpiyə satılan “Winston”un qiyməti 3.80 qəpiyə, 3.80 qəpiyə satılan “Kent”in qiyməti isə 4 manata qalxıb.
Qeyd edək ki, bir neçə ay öncə də tütün məmulatlarının qiymətində 20 qəpik artım baş vermişdi.