Azərbaycanda məhkəmə sədri və hakim təqaüdə göndərilib -  FOTO

Xəbərlər

26.07.2023 - 19:32

cedabet dərman SEO Xidməti

Hər iki hakim fəxri fərmanla təltif olunub

2023-cü il iyulun 26-da Şəmkir Rayon Məhkəməsinin sədri Könül Məmmədov və Abşeron Rayon Məhkəməsinin hakimi Şövkət Nəcəfovanın təqaüdə yola salınması münasibətilə görüş keçirilib.

Bu barədə AYNA-ya Məhkəmə-Hüquq Şurasından məlumat verilib.

Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov hakimlik üzrə son yaş həddinə çatması ilə əlaqədar təqaüdə yola salınan hakimlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və onların bundan sonra da hüquq qaydasının inkişafına dəstək göstərəcəklərinə ümidvar olduğunu qeyd edib.

Könül Məmmədov və Şövkət Nəcəfova öz növbəsində onlara və bütövlükdə hakim korpusuna göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.

Sonda təqaüdə yola salınan hakimlər uzun illər məhkəmə sistemində fəaliyyətlərinə görə Məhkəmə-Hüquq Şurası adından fəxri fərmanla təltif ediliblər.

 

Azərbaycanda məhkəmə sədri və hakim təqaüdə göndərilib - 
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş