Son sutkada COVID-19 əleyhinə 28 097 peyvənd vurulub
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 28 097 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 746, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 953, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 22 398 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 11 729 782, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 206 120, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 720 935, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 1 802 727 təşkil edir.