Azərbaycanda ilk dəfə: cins heyvanlar hərraca çıxarılır

Xəbərlər

12.11.2021 - 13:39

Həkimlər Klinikalar SEO Xidməti

Avropadan gətirilən heyvanlar da fermerlərə təklif olunur

Noyabrın 12-də Azərbaycanda ilk dəfə olaraq müasir heyvandarlıq kompleksi istifadəyə verilib. Kompleksdə satış və hərrac mərkəzləri də yaradılıb. Burada ilk dəfə olaraq yerli damazlıq təsərrüfatlarında yetişdirilən cins heyvanlarla yanaşı, Avropadan gətirilən heyvanlar da fermerlərə təklif olunur. Alqı-satqı, sığorta, lizinq, güzəşt prosesləri vahid mərkəzdə həyata keçirilir.

AYNA-nın xəbərinə görə, Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqroservis” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Məmmədova bildirib ki, satış mərkəzi həftənin 6 günü, hərrac mərkəzi isə həftədə bir dəfə, saat 09:00-dan 18:00-a qədər işləyəcək.

“Fermerlər heyvanları münasib qiymətə ala biləcəklər. Hərraca çıxarılan heyvanların satışı zamanı dövlətin tətbiq etdiyi 60 faizlik güzəşt məbləği qiymətdən çıxılır. Yerdə qalan 40 faizi isə fermer ödəyir. Xarici damazlıq heyvanların subsidiyalaşmasının məqsədi yerli damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılması, eyni zamanda, cırlaşmanın qarşısının alınmasıdır. Yerli cins müəyyən müddətdən sonra məhsuldarlığını itirir. Damazlıq heyvanları yerli cinslərlə cinsləşdirəndə daha məhsuldar heyvan cinsləri yaranır. Hərraca çıxarılan heyvanların qulaqlarında birkalar olacaq və onlarda heyvanlarla bağlı bütün məlumatlar öz əksini tapacaq”, - deyə A.Məmmədova qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş