Azərbaycanda daha 4 nəfər COVID-19-dan vəfat edib

Aktual

10.03.2023 - 17:22

Son sutkada 45 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 45 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 870 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 516 nəfər müalicə olunaraq sağalıb, 10 142 nəfər vəfat edib, aktiv xəstə sayı 212 nəfərdir.

Ölkədə son sutka ərzində 808, hazırkı dövrədək isə 7 538 679 test aparılıb.

Müəllif: Ayna.az