Azərbaycanda daha 106 nəfər COVID-19-a yoluxub

Cəmiyyət

17.12.2022 - 16:48

Həkimlər Klinikalar SEO Xidməti

Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 106 yeni yoluxma faktı qeydə alınıb, 52 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 4 nəfər ölüb.

Azərbaycanda indiyədək ümumilikdə 825 337 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 814 801 nəfər müalicə olunaraq sağalıb, 9 986 nəfər vəfat edib, aktiv xəstə sayı 543 nəfərdir.

Ölkədə son sutka ərzində 2184, hazırkı dövrədək isə 7 405 485 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş