Azərbaycanda COVID-19-la bağlı vəziyyət açıqlanıb

Aktual

09.02.2022 - 15:53

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada 7 779 nəfər koronavirusa yoluxub, 28 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 779 yeni yoluxma faktı qeydə alınıb, 6 315 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 718 145 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 660 112 nəfər müalicə olunaraq sağalıb, 8 948 nəfər vəfat edib, aktiv xəstə sayı 49 085 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 314, ötən müddət ərzində isə ümumilikdə 6 316 102 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş