Azərbaycanda COVID-19-la bağlı son vəziyyət açıqlanıb

Aktual

13.12.2021 - 16:36

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada 518 nəfər koronavirusa yoluxub, 16 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 518 yeni yoluxma faktı qeydə alınıb, 871 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 604 998 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 577 135 nəfər müalicə olunaraq sağalıb, 8104 nəfər vəfat edib, aktiv xəstə sayı 19 759 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 510, ötən müddət ərzində isə ümumilikdə 568 3256 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş