Azərbaycanda COVID-19-la bağlı son vəziyyət AÇIQLANIB

Aktual

29.04.2022 - 16:46

Daha 13 nəfər koronavirusa yoluxub, 16 nəfər müalicə olunaraq sağalıb, ölən olmayıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 558 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 744 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 105 nəfərdir.

Ölkədə son sutka ərzində 2 731, hazırkı dövrədək isə 6 811 382 test aparılıb.

Müəllif: Ayna.az