Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

07.06.2022 - 17:45

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada koronavirusa qarşı 2 340 peyvənd vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 340 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 333, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 226, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 588, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı 193 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 736 177, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 349 659, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 850 191, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 289 483, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 246 844 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş