Azərbaycanda COVID-19-a sutkalıq yoluxma sayı artdı

Aktual

30.06.2022 - 16:36

Son sutkada 49 nəfər koronavirusa yoluxub, 25 nəfər sağalıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 273 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 368 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 188 nəfərdir.

Ölkədə son sutka ərzində 3 057, hazırkı dövrədək isə 6 964 085 test aparılıb.

Qeyd edək ki, ötən sutka koronavirusa yoluxanların sayı 36 nəfər təşkil edirdi. 

Müəllif: Ayna.az