Son sutkada 26 minə yaxın şəxs koronavirus əleyhinə peyvəndlənib
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 25 923 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1352, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2436 , 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 20 885, pozitiv nəticədən sonra “buster” doza olunanların sayı isə 1250 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 202 557, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 311 055, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 798 936, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 876 702, pozitiv nəticədən sonra “buster” doza olunanların sayı isə 215 864 təşkil edir.