Azərbaycanda bu dərmanın satışına qadağa qoyuldu - RƏSMİ

Xəbərlər

13.05.2022 - 18:39

“Fosfalyugel”də uyğunsuzluq aşkarlandığı üçün geri çağırılması qərarı verilib

Azərbaycanda istifadəyə yararsız dərmanın satışı qadağan olunub. AYNA xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, 028084 seriya ilə buraxılmış son istifadə tarixi 02.2023 olan “Fosfalyugel” ticarət adlı, daxilə qəbul edilən gel (16 q №20 paketlərdə (saşe)) dərman vasitəsində istehsalçının təqdim etdiyi parametrlərlə uyğunsuzluq aşkarlandığı üçün geri çağırılması qərarı verilib: “Bu o deməkdir ki, sözügedən dərman vasitəsinin yalnız 028084 seriya ilə buraxılmış dərman vasitələri istifadəyə yararsızdır”.

Müəllif: Ayna.az