Yanvarın 1 və 2-si şənbə və bazar günlərinə düşdüyündən iş və istirahət günlərinin yeri dəyişdirilib
Bu gün Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə olan beş günlük tətil başa çatıb.
AYNA xəbər verir ki, tətil günləri 2021-ci ilin dekabr ayının 31-i, 2022-ci ilin yanvar ayının 1,2,3 və 4 tarixlərini əhatə edib.
Belə ki, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, yanvarın 1 və 2-si isə Yeni il bayramı günləri olub.
Yanvar ayının 1 və 2-si şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə uyğun olaraq iş və istirahət günlərinin yeri dəyişdirilərək yanvarın 3 və 4 tarixləri də qeyri-iş günü olub.
Beləliklə, tətil günləri ölkədə ardıcıl olaraq 5 gün davam edib.