Azərbaycanda 211 aktiv koronavirus xəstəsi var - STATİSTİKA

Aktual

12.04.2022 - 16:37

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada COVID-19-a 36 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

İndiyədək ümumilikdə 792 289 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 375 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib, aktiv xəstə sayı 211 nəfərdir.

Ölkədə son sutka ərzində 4775, hazırkı dövrədək isə 6 750 860 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş