Azərbaycana qış fəsli daxil olub

Cəmiyyət

22.12.2022 - 08:18

Həmin gün ən qısa gündüz və ən uzun gecə olur

Azərbaycana qış fəsli daxil olub. Şamaxı Astrofizika Rəsədxanasından AYNA-ya verilən xəbərə görə, qış fəsli Azərbaycana 22 dekabr saat 01:48-də daxil olub.

Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san, gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san olur.

Müəllif: Ayna.az