Azərbaycana PUA-ilə narkotik keçirilməsinin qarşısı alınıb

Xəbərlər

15.04.2025 - 11:10

Həkimlər Klinikalar SEO Xidməti

14 kiloqramdan çox narkotikin İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində aprel ayının 6-da Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə həyata keçirilmiş tədbirlər nəticəsində pilotsuz uçuş aparatı (PUA) vasitəsilə ümumi çəkisi 14 kiloqram 240 qram narkotik vasitənin (14 kq 200 qram marixuana; 40 qram metamfetamin) İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş