Azərbaycana gətirilmiş 22 yeni seysmik stansiyadan 21-i tam quraşdırılıb

Xəbərlər

22.07.2022 - 15:46

Həkimlər Klinikalar SEO Xidməti

Məlumatlarının ötürülməsinin təmin olunması üzərində işlər davam etdirilir

“Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” layihəsində iştirakçısı olan tərəfdaş ölkələrin nümayəndələrinin növbəti onlayn iclas keçirilib. İclasda layihə çərçivəsində görülən işlərə dair hesabatlar təqdim olunub.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) informasiya şöbəsindən AYNA-ya verilən xəbərə görə, mərkəzin beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov öz çıxışında bildirib ki, layihə çərçivəsində Azərbaycana gətirilmiş 22 yeni seysmik stansiyadan 21-i tam quraşdırılıb. 

Quraşdırılma işlərindən sonra stansiyalardan siqnalların qəbulu prosesinin başlandığını qeyd edən şöbə müdiri 12 yeni seysmik stansiyadan məlumatların mərkəzin Monitorinq Mərkəzinə ötürüldüyünü bildirib. Onun sözlərinə görə, hazırda digər stansiyaların da məlumatlarının ötürülməsinin təmin olunması üzərində işlər davam etdirilir.

Qeyd edək ki, iclasda yeni stansiyalardan alınmış məlumatların emalı və digər məsələlərə dair də müzakirələr aparılıb.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş